Qazaxda payızlıq əkin üçün bu günə kimi 7418 hektarda şum aparılıb
Bu gün hər kəsə yaxşı məlumdur ki,
son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk
olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri
arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin
ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə
bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses
uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti
sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük
pay sahibidir. Respublika
Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə
verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu
kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonda kənd təsərrüfatı sahəsində
olan inkişafı ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə
görmək olar. Belə ki, 2016-cı
ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682
hektarda əkin aparılıb. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq
2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1987,63
hektar təşkil edir. 2019-cu ildə isə əkin sahəsi 21476,3 hektar olmuşdur. Əgər 2019-cu ili
2018-ci illə müqayisə etsək görərik ki, 794,3 hektar artırılaraq ümumi əkin sahəsi
21476,3 hektara çatdırılıb. 2016-cı illə 2019-cu ili müqayisə etsək əkin sahəsinin
nəzərə çarpacaq dərəcədə, yəni 4955,7 hektar artdığının şahidi oluruq. Hazırda
rayonda 2020-ci ilin məhsulu üçün bünövrə qoyulur, bol məhsul götürmək üçün
möhkəm zəmin yaradılır. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin
daha sürətlə aparılmasına təkan verib. Ona görə də rayon üzrə bütün əkinə
yararlı sahələrdə şumlama işləri görülür. Əvvəlcədən görülən tədbirlərin nəticəsidir
ki, hər gün sahələr şumlanır, əkin aparılması üçün hazırlanır. Bu günə kimi
7418 hektarda şum aparılıb. Bunun üçün kifayət qədər maşın və mexanizm,
traktorlar ayrılıb. Hazırda əkin
sahələrində 51 texnika işləyir. Əkin işlərinin aqrotexniki qaydalarla həyata
keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət olunur. Şumlama işlərinin
optimal müddətdə aparılması isə mühüm əhəmiyyət daşıyır və gələcəkdə yüksək məhsulun
təməlinin qoyulması deməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş