• Təqvim

  • Unutma

  • Maraq



"Mənim peşəm, mənim gələcəyimdir"


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Mənim peşəm, mənim gələcəyimdir" layihəsi davam edir.

Layihə çərçivəsində gənclər bu dəfə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş "Peşə Təmayüllü Siniflər"lə tanış olublar. Qrup rəhbəri Nigar Fərzəliyeva məktəbdə İKT və "Mebel quraşdırma" profilləri üzrə siniflərin təşkil olunduğunu bildirib. Burada ümumi orta təhsil bazasında təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsinə, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə çalışılır.







 

GOYEZEN.AZ



Facebook-da paylaş