“El havası” başlığı altında keçirilən mahnı-musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin birinci yarımilliyi
üçün təsdiqlənmiş tədbirlər planına əsasən, Qazax Rayon Gənclər və İdman İdarəsi,
Ağstafa Regional Mədəniyyət İdarəsi, Qazax şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin
birgə təşkilatçılığı ilə "El havası” başlığı altında mahnı-musiqi müsabiqəsi
keçirilib. 05-09 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejimi
qaydalarına və tələblərinə uyğun olaraq keçirilən müsabiqəyə 14-29 yaşlı gənc
ifaçılar qatılıb. Müsabiqədə ümumilikdə 45 nəfər iştirak edib. Münsiflər heyəti tərəfindən 28 nəfər gənc saz, tar, qarmon, skripka,
fortepiano, nağara, kamança və muğam nominasiyları üzrə müsabiqənin qalibi
olublar. Bu gün I, II, III yerlərə layiq görülmüş qaliblər Qazax Rayon Gənclər
və İdman İdarəsi və Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən hədiyyə və Diplomlarla
təltif olunublar. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli bütün qalibləri təbrik
edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzu ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş