• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Nizami Gəncəvi gənclərin gözü ilə” başlığı altında keçirilən onlayn inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb


Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi silsilə tədbirlərlə qeyd edilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Nizami Gəncəvi İli”nə  həsr edilmiş tədbirlər təşkil olunur.

Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı yeniyetmə və gənclər arasında "Nizami Gəncəvi gənclərin gözü ilə” başlığı altında onlayn inşa-yazı müsabiqəsi keçirilib.

17-22 fevral 2021-ci il tarixlərində keçirilən onlayn müsabiqədə ümumilikdə 15 nəfər iştirak edib.

Müsabiqədə Coşqun Süleymanlı I yerə, Fəridə Rəhimova II yerə, Şəhadət Abbasov III yerə layiq görülüblər.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.






 

GOYEZEN.AZ



Facebook-da paylaş