• Təqvim

  • Maraq



Qazax məktəbliləri arasında “Azadlığa gedən yolun zirvəsi” başlığı altında onlayn inşa müsabiqəsi keçirilib


20 Yanvar ölkəmizin tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar faciəsinin 31-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da müxtəlif tədbirlərlə qeyd olunub.

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən məktəblilər arasında "Azadlığa gedən yolun zirvəsi” başlığı altında onlayn inşa müsabiqəsi keçirilib.

16-19.01.2021-ci il tarixlərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn inşa müsabiqəsində 16 nəfər məktəbli iştirak edib.

Bu gün "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən müsabiqə qalibləri diplomla təltif ediliblər.

Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İsmayılova Aysun Ceyhun qızı I yerə, Qazax rayon Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Qocayeva Lamiyyə Nail qızı II yerə, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nəbiyeva Lalə Dadaş qızı isə III yerə layiq görülüblər.

Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov qalibləri təbrik edərək xalqımızın şərəf və qürur tarixi olan 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da böyük səylə çalışmalarını tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb.

GOYEZEN.AZ



Facebook-da paylaş