• Təqvim

  • Maraq



Qazaxda “Şəhidlik zirvəsi” başlığı altında anım tədbiri keçirilib


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Şəhidlik zirvəsi” başlığı altında anım tədbiri keçirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında təşkil olunan tədbirdə idarənin əməkdaşları, idmançılar, fəal gənclər, könüllülər iştirak ediblər.

Tədbir iştirakçıları öncə memorial önünə gül dəstələri qoyub, 20 Yanvar şəhidlərinin, eləcə də Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu tarixdən 30 il ötsə belə Azərbaycan xalqı qəhrəmanlıq salnaməsi yazan 20 Yanvar şəhidlərini unutmur, əksinə illər keçdikcə daha böyük hörmət və ehtiramla yad edirlər.

S.Namazov çıxışında Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edib. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinin dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldığını bir daha diqqətə çatdırıb.

Tədbirdə iştirak edən şəhid Mühid Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Nizami Qasımov, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Ruslan Rzayev, fəal gənc Şəhadət Abbasov, gənc könüllülər Ləman Hacıyeva və Fəridə Rəhimova çıxış edərək müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad olunacağını qeyd ediblər. Gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəbin birinci sinif şagirdi Şəfəq Əhmədova və körpə fidan Gülay Abbaszadə şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.





GOYEZEN.AZ                                                               



Facebook-da paylaş