Əsas Səhifə > Gənclər > “El havası” başlığı altında keçirilən mahnı-musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“El havası” başlığı altında keçirilən mahnı-musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıblar


9-06-2021, 22:09


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən, Qazax Rayon Gənclər və İdman İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Qazax şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə "El havası” başlığı altında mahnı-musiqi müsabiqəsi keçirilib.

05-09 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına və tələblərinə uyğun olaraq keçirilən müsabiqəyə 14-29 yaşlı gənc ifaçılar qatılıb. Müsabiqədə ümumilikdə 45 nəfər iştirak edib.

Münsiflər heyəti tərəfindən 28 nəfər gənc saz, tar, qarmon, skripka, fortepiano, nağara, kamança və muğam nominasiyları üzrə müsabiqənin qalibi olublar.

Bu gün I, II, III yerlərə layiq görülmüş qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi və Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən hədiyyə və Diplomlarla təltif olunublar.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli bütün qalibləri təbrik edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzu ediblər.













 

GOYEZEN.AZ


Geri qayıt