Haqq-ədalət bizim tərəfimizdədir
Şərqdən Qərbə uzanan ticarət yollarının üzərində, strateji əhəmiyyətə malik məkanda yerləşən Azərbaycan torpaqları zaman-zaman yadellilərin savaş meydanına çevrilmiş, tarixən bu və ya digər böyük imperiyaların əsarəti altında olmuşdur. Əhəməni, Sasani, ərəb, monqol, Osmanlı və rus imperiyaları hər nə qədər bu ərazilərdə hökmranlıq eləsə də, etnoqrafik düzəni poza bilməmiş və ya çox az şəkildə təsir edə bilmişdir. Biz bölgədə türk kökənli əhalinin yaşamasını təsdiq edən bir sıra sübutları göstərə bilərik.
Məsələn,Səfəvi dövlətinin Şimal və qərb hissəsi Rusiya və Osmanlı imperiyası arasında bölüşdürüldükdən sonra itirilən torpaqların əksəriyyəti Osmanlı dövlətinin idarəçiliyinə keçir. Bunun da sayəsində idarəetmənin bazasını təşkil edən müfəssəl dəftərlər formalaşdırılır. 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”, 1727-ci ildə "Naxçıvan sancağının müfəssəl dəftəri”, 1728-ci ildə "Tiflis əyalətinin müfəssəl dəftəri” və "İrəvan əyalətinin müfəssəl dəftəri” işlənib hazırlanır. Bütün bu mənbələri incələyəndə görmək olar ki, bu ərazilərdə yaşayan yerli xalqlar türklərdir. Bir dənə də olsun erməni toponiminə rast gəlmək mümkün deyil. Sonralar xristian albanların nəsillərinin yaşadığı əraziləri (əsasən, Qarabağın dağlıq hissəsi və indiki Ermənistan Respublikasının bəzi yerləri) "erməni” adı ilə vermək isə imperialist dairələrin maraqları çərçivəsində həyata keçirilib və bunun da bır çox səbəbləri var. Gəlin, bu məsələyə Qazax aspektindən yanaşaq. Qazax haqqında məlumatlara yuxarıda göstərdiyimiz sənədlərdən birində - "Tiflis əyalətinin müfəssəl dəftəri”ndə rast gəlmək mümkündür. Orada yer alan toponimlərin adına baxdıqda bu ərazilərdə kimlərin yaşadığını başa düşmək heç də çətin olmaz. Məsələn, 1728-ci ildə hazırlanmış siyahıda göstərilir ki, bölgə 4 nahiyəyə - İncə, Çuvar, Axstav və Türk nahiyələrinə bölünür. Bu nahiyələrdə yerləşən kəndlərin adlarına diqqət edək.
İncə nahiyəsindəki kəndlər: Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Deliycan,
Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Ağakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu,
Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı,
İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala.
Çuvar nahiyəsindəki kəndlər: Kiçik Ayyaran, Böyük Ayyaran, Qaradink,
Cücəvank, Xoşgünan, Qarabulaq, İncəqay, Qızıldağ, Molla Abdulla, Peykanlı,
Nəfsi-Əskipara, Əskiprayi-Gəbran, Vəli, Qapıçı, Məlikşah, Qut, Kürdlü, Rskbkt, Gəranis, Yuxarı Almalıq, Qala, Şəkərqala, Əlibəy, Bağağus, Qışlaq, Ağalı, Kunan, Gəlinqaya, Qoşakilsə, Çinar, Uluxan,
Qazançı, Xanpaşalı, Salehlər, Üçgöl, Ürkməz, Daş Salehlər, Əmiryarlı, Qazaxbəndi, Dəmirçi, Dəmirçilər, Dördcanlı, Şahnəzərli, Cudaquşlu,
Vəyəlli, Çanğlar, Dərvişlər, Kəsəmənli, Kəsəmən Qulubəy, Abdulla Altunçular, Salehlili, Qazaxlı İsmayıl, Pirili, Sübhanverdi, Kosalar, Qaralar, Qaraçılar, Sarıqamış, Şəmsabad, Ağaxan Kəsəmənli.
Axstav nahiyəsindəki kəndlər: Nigarlı, Qurdboğazlı, Qılıclı Pirəlili, Qarasəkili, İshaqlı,
Həsənxocalı, Qara Xəlifəli, Qaramanlı, Qaraqumaş, Dəryacıq, Aşağı Almalı, Məlik, Xassu, Korkeşiş, Böyük Cüncüfə,Kiçik Cüncüfə, Şiraz, Salmanbəy, Mirili, Çaxarzimə, Xatis, Boğazkilsə, Tuşdoğan, Məlikbulaq, Göl, Qırxbulaq, Böyük Danaqıran, Müsüslü, Fəxrəli, Qızılhacılı, İsmayıl, Xəlifəli, Kiçik Kosalar, Xarxaç, Aşıq, Böyük Bəxtiyar, Kiçik Bəxtiyar, Delliycan, Ağkilsə, Məkan, Kiçik boğazkilsə, Dalmacıq, Çələbi, Sarısufi, Həmzəçəmən, Ağkilsə, Bozkəndi, Şahrux, Yaşbəy, Yarcavan, Hindizan, Bətkörpü, Şikar, Kiçik Danaqıran, Qızıldaş, Ağbulaq, Mirlərbulağı, Örəntala, Xanlıca, Hacıbulaq, Armudlu, Ağsu, Nəzərqaya, Qaranlıdərə, Quşçu, Sarıvəlioğlu, Sarıkeşiş, Qaşqadaşı, Yeldöyən, Ağzıaçıq, Molla qaya,
Dəlikilsə, Mağarzin Göləgirən, Alpaut, Dərə, Boğazcılı, Qızılhacılı, Tərxanlı, Sarımlar arxı.
Türk nahiyəsindəki kəndlər: Laləyer, Xan, Böyüktürk, Hacıtürk, Əyriboyun, Miri, Ağdan, Abdulla, Uzunəli, Haştərək, Karqaya, Gözəldərə, Ərəbəli, Ağalı, Qozluq, Bulaq, Həmzə, Gödəklik, Əlyar, Kiçik Ceyran, Kiçik Xocatürk, Böyük Xocatürk, Qamışgöl, Baldırıqanlı, Xocabazar, Laçınqayası, İsmibulaq, Baldırqanlı, Pirəlili, Çaxmaxlı, Heydərli, Amir.
İndi gəlin, görək, bu siyahıdakı adlardan hansı erməni adıdır? Təbii ki, heç biri...
Eyni mənzərəni 1860-cı il Çar Rusiyası dövrünə aid "Qazax nahiyəsinin kameral təsviri”ndə də görə bilərik. Göründüyü kimi, bu ərazilərdə erməni izinə rast gəlmək mümkün deyil. Bəli, bəzi xristian kəndləri vardı ki, bunlar da yuxarıda qeyd etdiyimiz kimi, xristian albanların törəmələri idi.
Ermənilərin köçürülməsi siyasəti bölgənin etnik xəritəsinin dəyişdirilməsinə, Osmanlı dövləti ilə bölgə arasında bufer zonanın yaradılmasına hesablanmışdı. Təbii ki, öz maraqlarının tam oturuşması üçün əlaltılarına rahat həyat şəraiti yaratmaq lazım idi. Bu siyasət daha sonralar, Sovet İttifaqı dönəmində də "uğurla” davam etdirildi. Qazaxın Kəmərli kəndi ərazisindən 3000 hektara yaxın torpaqların Ermənistan SSR-yə verilməsinə də bu aspektdən baxmaq lazımdır. Amma mənfur qonşularımızın iştahı daha çoxunu istəyirdi. XX əsrin 80-ci illərinin sonlarından etibarən rəsmi Kremlin dəstəyi ilə irəli sürülən torpaq iddiaları Qazaxdan da yan keçmədi. İşğalın ilk dalğası Qazaxdan başladı, 1990-cı ilin martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi işğal edildi. Dinc əhaliyə qarşı qətliam törədildi. Rayonumuzun 7 kəndi işğal olundu.
Amma artıq bəsdir. 44 günlük Vətən müharibəsində ermənilərə, dünya erməniliyinə və onların havadarlarına elə zərbə vuruldu ki, çətin uzun illər ərzində onlar dəmir yumruğun dadını unudarlar. Vətən müharibəsində rayonumuz da şəhidlər verdi. Həmin şəhidlər 10 milyon ürəkdə özünə əbədi məkan qazandı.
Azərbaycan qələbənin əldə olunması üçün uzun illər hazırlıq işləri görürdü. Haqq-ədalət bizim tərəfimizdədir. Tarixi qələbə labüd idi.
Bəli, biz gənclər də yaxşı bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik.
Ali Baş Komandanın iradəsi ilə əldə etdiyimiz tarixi Zəfər hərbi mərhələnin yekunudur. İnanıram ki, çox yaxın zamanda Qazaxın 7 kəndi də sərhədlərimiz çərçivəsinə qaytarılacaq. Tarix heç nəyi unutmur. Vaxt gələcək, tarixi torpaqlarımıza da qovuşacağıq.
İsmayıl SÜLEYMANOV,
Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Qazax nümayəndəliyinin direktoru
Facebook-da paylaş