Xalqımızın qəhrəmanlıq salnaməsi
Bu
gün 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP)
Qazax rayon təşkilatında Qanlı Yanvar hadisələrinə həsr olunmuş anım tədbiri
keçirilib. Tədbirdə
təşkilatın şura üzvləri, partiya fəalları iştirak ediblər. Əvvəlcə
20 Yanvar şəhidlərinin, eləcə də Vətənin azadlığı uğrunda canından keçmiş bütün
şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub. YAP Qazax rayon təşkilatının sədri
Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Vətən yolunda şəhidlik
ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf, ləyaqət zirvəsidir.
1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq
hüququ qazandı Vətənin azadlığı yolunda canından keçən oğul və qızlarımız. Onların
fədakarlığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan
xalqı 1990-cı ilin 20 Yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da,
öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlıq və müstəqilliyi
naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya
nümayiş etdirdi. 1990-cı ilin yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi
uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün
xalqımız öz milli mənliyini qorumaq üçün canlarından keçməyə hazır olan
övladları ilə fəxr edir". Bəli, o mərd insanlar həqiqətən də xalqımızın
qürur mənbəyidir. Çünki onlar Vətənin 70 illik imperiya əsarətindən xilası,
xalqın uzun illər boyu arzuladığı azadlıq və müstəqilliyinə qovuşması, millətin
öz "Mən"ini dünya qarşısında nümayiş etdirməsi naminə şəhid olublar. Anim tədbirində çıxış edən YAP
Qazax rayon təşkilatının Şura üzvü Polad Ağakişiyev, İdarə heyətinin üzvü
Novruz Abdullayev, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə
Göyüşlü, partiya fəalı Elvira Əfəndiyeva sovet
imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi
məkrli siyasəti tarixi faktlarla əsaslandıraraq, 20 Yanvar hadisələrini milli
azadlıq hərəkatının növbəti mərhələsi, xalqımızın qəhrəmanlıq və şücaətinin
simvolu kimi qiymətləndiriblər. Qeyd ediblər ki, bu qanlı hadisə sovet
imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini,
müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş
etdirdi. Çıxış edənlər 20 Yanvar qırğınlarına yalnız ümummilli lider
Heydər Əliyevin xalqın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən
bir il sonra qətiyyətli və obyektiv qiymət verildiyini, eləcə də bu dəhşətli
faciənin əsl günahkarlarının adlarının açıqlandığını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş