Qazaxda uşaq bağçalarında Yeni il şənlikləri keçirilib
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olunur. Yeni
təqvim ilinin gəlişi ilə əlaqədar rayondakı körpələr evi-uşaq bağçalarında da
müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilib. Tədbirlərdə
uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər. Fəaliyyətə başladığı ilk gündən körpə
balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda
təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun son 3 ildə rayon bağçalarının təmiri
ilə bağlı gördüyü işlərin nəticəsidir ki, bu gün uşaqlar belə yüksək səviyyəli
bağçalarda Yeni il şənliklərini könül xoşluğu ilə qeyd ediblər. Rayon rəhbərliyi bu bayramda da gələcəyimiz olan
körpə fidanları diqqətdən kənarda qoymayıb. Əlamətdar gün münasibətilə Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərindən Hüquq şöbəsinin
müdiri Səba Paşayeva, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, baş məsləhətçilər Gülnar Quluyeva, Teybə Hüseynova, böyük
məsləhətçi Nərmin Hüseynzadə və məsləhətçi Aliyə Rəhimova bayram tədbirlərində
iştirak edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə bütün körpələri, müəllimləri, tərbiyəçiləri təbrik edib, rayon rəhbərliyinin ən xoş arzularını və
təbriklərini çatdırıblar. Tədbirlərdə
çıxış edənlər Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə
sevdiyini, onlara hər zaman böyük qayğı və diqqət göstərdiyini diqqətə
çatdırıblar. Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələrin
bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini
minnətdarlıq hissi ilə qeyd ediblər. Bildiriblər ki, bu gün bölgələrimizdə, xüsusilə
də Qazaxda körpələrə olan dövlət qayğısının bariz nümunəsidir ki, rayonda mövcud
olan 25 uşaq bağçasından 21-i müasir standartlara cavab verən səviyyədədir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk
gündən hər bir körpəni öz doğma nəvəsi kimi sevməsi, onların gözəl bağçalarda təlim-tərbiyə
almaları üçün həyata keçirdiyi məqsədyönlü işlər, tikilərək istifadəyə verilən saysız-hesabsız
uşaq bağçaları rayonda körpələrə olan qayğının əyani sübutudur. Bağça
müdirləri çıxış edərək Respublika Prezidenti İlham Əliyevə, körpə fidanlara
olan sonsuz qayğısına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlıqlarını
bildiriblər. Bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların
sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradıldığını bir daha qeyd
ediblər. Sonra
söz uşaqlara verilib. Bir-birindən rəngarəng çıxışlar, səhnəciklər bayram şənliyinə
əsl bayram əhval-ruhiyyəsi qatıb. Körpə fidanların dilindən söylənilən Vətənə,
xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə, yeni ilə həsr olunmuş şeirlər
alqışlarla qarşılanıb. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların
böyük sevincinə səbəb olub. 2019-cu ili uğurla yola salan körpə fidanlar
2020-ci ili sevinclə qarşılayıblar. Sonda
uşaqlara bayram süfrəsi açılıb. Tədbirlər xatirə şəkillərinin çəkilməsi ilə başa
çatıb.
GOYEZEN.AZ
1 saylı körpələr evi-uşaq bağçası
2 saylı uşaq bağçası
3 saylı körpələr evi-uşaq bağçası
4 saylı körpələr evi-uşaq bağçası
5 saylı körpələr evi-uşaq bağçası
6 saylı körpələr evi-uşaq bağçası
Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası
Daş Salahlı kənd 3 saylı körpələr evi-uşaq bağçası
Dəmirçilər kənd körpələr evi-uşaq bağçası
Qazaxbəyli kənd uşaq bağçası
Aşağı Əskipra körpələr evi-uşaq bağçası
Hüseynbəyli kənd uşaq bağçası
Facebook-da paylaş