• Təqvim

  • Unutma

  • Maraq



Qazaxın uşaq bağçalarında bayram şənlikləri keçirilib

Uşaqların həvəslə gözlədikləri bayramlardan biri də Novruz bayramıdır. Həmin gün uşaqlar deyib-gülür, şənlənir, mahnı və şeirlər oxuyur, rəqs edirlər. Kosa və Keçəlin bir-birindən şən zarafatları şənlikləri daha da şənləndirir, körpə fidanlara xoş anlar bəxş edir.
Bu gün Novruz bayramı münasibətilə Qazax rayonunun bütün uşaq bağçalarında bayram şənlikləri keçirilib.
Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən rayon rəhbərliyi bu bayramda da körpə fidanları təbrik edib. Bayram günləri ərəfəsində gələcəyimiz olan körpə fidanlar da diqqətdən kənarda qalmayıb.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərindən baş məsləhətçilər Gülnar Quliyeva, Vəfa Cəbiyeva, Amid Mustafayev, aparıcı məsləhətçi Hacıalı Məmmədov, məsləhətçi Səba Paşayeva, baş mütəxəssis-komendat Leyla Muradova bayram tədbirlərində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş təbriklərini çatdırıblar.
Bayram tədbirlərində uşaqların bir-birindən rəngarəng çıxışları, söylədikləri şeirlər, ifa etdikləri mahnılar, göstərdikləri səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.  

Aşağı Əskipara körpələr evi-uşaq bağçası


















Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası














Kosalar kənd 3 saylı uşaq bağçası








Canalı kənd uşaq bağçası


                                         Xanlıqlar kənd körpələr evi-uşaq bağçası




Daş Salahlı kənd 2 saylı uşaq bağçası







Daş Salahlı kənd 3 saylı körpələr evi-uşaq bağçası





İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası




GOYEZEN.AZ


Facebook-da paylaş