Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda uşaq bağçalarında Yeni il şənlikləri keçirilib

Qazaxda uşaq bağçalarında Yeni il şənlikləri keçirilib


29-12-2019, 16:40


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olunur. Yeni təqvim ilinin gəlişi ilə əlaqədar rayondakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilib.

Tədbirlərdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər. Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun son 3 ildə rayon bağçalarının təmiri ilə bağlı gördüyü işlərin nəticəsidir ki, bu gün uşaqlar belə yüksək səviyyəli bağçalarda Yeni il şənliklərini könül xoşluğu ilə qeyd ediblər. 

Rayon rəhbərliyi bu bayramda da gələcəyimiz olan körpə fidanları diqqətdən kənarda qoymayıb. Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərindən Hüquq şöbəsinin müdiri Səba Paşayeva, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, baş məsləhətçilər Gülnar Quluyeva, Teybə Hüseynova, böyük məsləhətçi Nərmin Hüseynzadə və məsləhətçi Aliyə Rəhimova bayram tədbirlərində iştirak edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün körpələri, müəllimləri, tərbiyəçiləri təbrik edib, rayon rəhbərliyinin ən xoş arzularını və təbriklərini çatdırıblar.

Tədbirlərdə çıxış edənlər Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə sevdiyini, onlara hər zaman böyük qayğı və diqqət göstərdiyini diqqətə çatdırıblar. Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələrin bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq hissi ilə qeyd ediblər. Bildiriblər ki, bu gün bölgələrimizdə, xüsusilə də Qazaxda körpələrə olan dövlət qayğısının bariz nümunəsidir ki, rayonda mövcud olan 25 uşaq bağçasından 21-i müasir standartlara cavab verən səviyyədədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən hər bir körpəni öz doğma nəvəsi kimi sevməsi, onların gözəl bağçalarda təlim-tərbiyə almaları üçün həyata keçirdiyi məqsədyönlü işlər, tikilərək istifadəyə verilən saysız-hesabsız uşaq bağçaları rayonda körpələrə olan qayğının əyani sübutudur.

Bağça müdirləri çıxış edərək Respublika Prezidenti İlham Əliyevə, körpə fidanlara olan sonsuz qayğısına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradıldığını bir daha qeyd ediblər.

Sonra söz uşaqlara verilib. Bir-birindən rəngarəng çıxışlar, səhnəciklər bayram şənliyinə əsl bayram əhval-ruhiyyəsi qatıb. Körpə fidanların dilindən söylənilən Vətənə, xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə, yeni ilə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların böyük sevincinə səbəb olub. 2019-cu ili uğurla yola salan körpə fidanlar 2020-ci ili sevinclə qarşılayıblar.

Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbirlər xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

1 saylı körpələr evi-uşaq bağçası













 

2 saylı uşaq bağçası




 

3 saylı körpələr evi-uşaq bağçası










4 saylı körpələr evi-uşaq bağçası








5 saylı körpələr evi-uşaq bağçası





6 saylı körpələr evi-uşaq bağçası






Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası


Daş Salahlı kənd 3 saylı körpələr evi-uşaq bağçası


Dəmirçilər kənd körpələr evi-uşaq bağçası

 

Qazaxbəyli kənd uşaq bağçası


Aşağı Əskipra körpələr evi-uşaq bağçası


Hüseynbəyli kənd uşaq bağçası



GOYEZEN.AZ


Geri qayıt