Ekskursiyalar məktəblilərin dünyagörüşünü formalaşdırır
2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyi rayon məktəblilərinin ən sevimli məkanına çevrilib. Hər gün bir neçə məktəb muzeyin qonağı olur. Sonra isə məktəblilər Qazax Dövlət Rəsm Qalereyasına baş çəkirlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən fevral ayının 14-dən ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər bu mədəniyyət ocaqlarına gəlir, öz biliklərini və dünyagörüşlərini daha da artırırlar. Əvvəlcədən hazırlanmış qrafikə əsasən məktəblilər rayonumuzun tarixini, dünənini, bu gününü dərindən öyrənmək üçün muzeyə ekskursiya edir, Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işlərini görmək üçün qalereyanın qonağı olurlar.
“Vətənini, yaşadığın ərazinin, şəhərin, rayonun tarixini, keçmişini, həmçinin bu gününü bilmək hər bir vətəndaşın ən ümdə borcudur. Bütün bunların öyrənilməsində isə bizlərə hər zaman yardımçı olan muzeylərimizdir”. Bu fikirləri bu gün muzeylə tanış olan Elşən Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbin müəllim və şagirdləri GOYEZEN.AZ saytına müsahibə verərkən bildiriblər.
Məktəbin direktoru Abbas Carçıyev, müəllimlərdən Nəbi Bağırov, Pərvanə Göyüşova, Məmməd Qocayev, İlhamə Nağıyeva, Sevil Göyüşova, Şahidə Qurbanova, Sahib Aslanov, Xanbaba Qocayev və başqaları muzeylə tanışlıqdan sonra ürək sözlərini belə ifadə ediblər:
- Ötən il olduğu kimi, bu il də məktəblilərin Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyasının təşkil olunması həm biz müəllimləri, həm də şagirdləri çox sevindirir. Biz artıq ikinci dəfədir ki, muzeyin qonağı oluruq. Muzeyin eksponatlarla zəngin olması, bələdçilərin şagirdlərə ətraflı məlumatlar, izahatlar verməsi məktəblilərin böyük marağına səbəb olur. Hər dəfə bu məkana gələndə yeni məlumatlarla ayrılırlar. Biz də gələcəyimiz olan uşaqların dünyagörüşünün formalaşmasında yaradılan bu yüksək şəraitə və geniş imkana görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün məktəb kollektivi adından öz dərin minnətdarlığımızı bildiririk.
Şagirdlərdən Bənövşə Süleymanova, Lütfiyyə Dönməzova, Səma Carçılı da muzeylə tanışlıq haqqında öz təəssüratlarını bölüşüblər.
- İlk olaraq diqqətimizi çəkən guşə 1-ci mərtəbədə yerləşən Qazax rayonunun tarixini, dünənini və bu gününü əks etdirən lövhə oldu. Bundan əlavə, rayonun 34 kəndini özündə birləşdirən xəritəni böyük maraqla izlədik və bələdçilərin verdikləri məlumatlar sayəsində xeyli bilik əldə etdik. Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan ətraflı məlumat böyük marağımıza səbəb oldu. Biz Qazaxın tarixini öyrəndikcə bir daha qürur hissi keçirtdik ki, bizim zəngin olan rayonumuz var.
Şagirdlərdən Cavanşir Nəbiyev, Nüsrət Hüseynov, Aysun İsmayılova və Elvina Qocayeva isə rəsm qalereyasında olan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında əldə etdikləri məlumatlardan danışıb, öz ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, qalereyada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanışlıq bizlərdə xoş təəssürat oyatdı.
Məlumat üçün bildirək ki, Çaylı kənd 2 saylı tam orta məktəbdən 195 şagird və onların müəllimləri ekskursiyalarda iştirak etmişdir.

Facebook-da paylaş