Ekskursiyalar məktəblilərin dünyagörüşünü formalaşdırır
Məlumat verdiyimiz kimi, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən qazaxlı məktəblilər fevral ayının 14-dən Tarix-Diyarşünaslıq Muzeyində və Dövlət Rəsm Qalereyasında olur, rayonumuzun tarixini və rəsm sənətini dərindən öyrənirlər.
Artıq ənənə şəklini almış bu ekskursiyalarda hər gün rayon məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər muzeyə və qalereyaya gəlir, zəngin biliklər əldə edirlər.
Bu gün İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbdə və M.Hüseyn adına məktəb-liseydə təhsil alan şagirdlər muzey və qalereyanın qonağı olublar.
3 saylı məktəbin müəllimlərindən İlham Musayev, Nailə Əfəndiyeva, Günay Əsgərova və Gülnarə Əliyevanın rəhbərliyi altında muzeyə və qalereyaya gələn şagirdlər tanışlıq zamanı zəngin bilik əldə etdiklərini söyləyiblər.
Şagirdlərdən Günay Əsgərova, Rafiq Ocaqverdiyev, Əsmər Eyyubova muzeydə olarkən bildiriblər:
- Muzeylə tanışlıq çox xoşumuza gəldi. Bilmədiyimiz bir çox tarixi məlumatları burada öyrəndik. Ona görə də bundan sonra tez-tez muzeyə baş çəkmək qərarına gəlmişik.
Şagirdlərdən Əli Qədimov, Diana Cəfərova, Aytən Həsənova, Cəfər Abbasov, Bariz İsayev və başqaları da şagird yoldaşlarının fikirləri ilə həmrəy olduqlarını bildiriblər.
Məktəb-liseyin müəllimlərindən Tahirə Orucova, Sənəm Quliyeva, Sara İsaqova uşaqların dünyagörüşünün formalaşmasında ekskursiyaların böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Şagirdlərdən Xəyalə Həsənova, Şamil Dərgahlı, Tapdıq Vəliyev, Kəmalə Mustafayeva, İsmayıl Qədimov və başqaları da qalereyada nümayiş olunan rəsm əsərlərindən zövq aldıqlarını bildiriblər.
Ekskursiyada iştirak edən məktəblilər rayonda bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, bu gün məktəb-liseydən 138, 3 saylı tam orta məktəbdən isə 191 şagird olmaqla, 319 nəfər məktəbli ekskursiyada iştirak edib.

GOYEZEN.AZ
Facebook-da paylaş