Məktəblilər ekskursiyalara böyük maraq göstərirlər
Qazaxlı məktəblilər fevral ayının 14-dən rayon Tarix-Diyarşunaslıq Muzeyində, eləcə də Dövlət Rəsm Qalereyasında olur, zəngin keçmişə, geniş yaradıcılıq ənənələrinə malik olan Qazax rayonunun rəsm sənətini və tarixini öyrənirlər.
Artıq bu ekskursiyalar ənənə şəklini almışdır. Ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər qrafik əsasında muzeyə və qalereyaya gəlir, zəngin biliklər əldə edirlər. Onu da qeyd edək ki, şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərinin yuxarı sinif şagirdləri də ekskursiyalarda fəal iştirak edirlər.
Bu gün Ağköynək kənd tam otra məktəbində və şəhər məktəb-liseydə təhsil alan şagirdlər Tarix-Diyarşunaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına gələrək rayonumuzun tarixi ilə, rəssamlıq sənəti və tablolarla tanış olublar.
Şagirdlər burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin tabloları haqqında məlumatlar alıblar. Muzeydə isə şagirdlər Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, vətənpərvərlik, ədəbiyyatımız barədə geniş məlumatlar əldə ediblər.
Ağköynək kənd tam orta məktəbin müəllimlərindən Zülfiyyə Poladova, Gülşən Qurbanova və Lamiyə Yaqubova şagirdlərin dünyagörüşünün formalaşmasında ekskursiyaların mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Şagirdlərdən Aysu Hacalıyeva, Elşən Eyyubov, Aynur Quliyeva, Rinat Mürşüdov, Məmməd Əhmədov, Ceyran Eynalıyeva, Əfsanə Babacanova ekskursiya zamanı zəngin bilik əldə etdiklərini bildiriblər.
Şəhər məktəb-liseyin müəllimlərindən Təranə Əliyeva, Vəli Vəliyev və Mədinə İsmayılova da eyni fikirləri söyləyiblər. Şagirdlərdən Rəqiyyə Yusibova, Rəvan Göyüşlü, Həcər Bağırova rayonumuzun tarixi, eləcə də rəssamlarımızın əl işləri ilə yaxından tanış olduqlarını qeyd ediblər.
Məktəblilər rayonda bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq ediblər.
Qeyd edək ki, bu gün şəhər məktəb-liseydən 114, Ağköynək kənd tam orta məktəbindən isə 186 şagird olmaqla, 300 nəfər məktəbli ekskursiyada iştirak edib. Bu günə kimi ümumtəhsil məktəblərinin 1493 şagirdi ekskursiyanın iştirakçısı olub.

GOYEZEN.AZ
Facebook-da paylaş