Qazax Bələdiyyəsinin gündəlik gördüyü işlər rayon sakinlərinin gözləri önündə baş verir
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr, görülən məqsədyönlü tədbirlər sayəsində müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icra edilməsinin bariz nümunəsini paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə aparılan abadlıq işlərindən də aydın şəkildə görmək olur.
Son illər Qazax rayonunda həyata keçirilən abadlıq işləri, xüsusilə də ölkə rəhbərinin qayğısı sayəsində Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması Qazaxın timsalında dediklərimizin əyani sübutudur.
Rayonun abadlaşmasında, gündən-günə inkişaf etdirilməsində, parkların yaşıllaşdırılmasında, təmiz saxlanılmasında Qazax Bələdiyyəsinin də xidmətləri danılmazdır. Bütün sahələrdə öz töhfəsini verən Qazax Bələdiyyəsinin gündəlik gördüyü işlər demək olar ki, rayon sakinlərinin gözləri önündə baş verir.
Bələdiyyə işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda, Fəxri Qazaxlılar, Səməd Vurğun, Mehdi Hüseyn, Nəriman Nərimanov, Dədə Qorqud, ana-uşaq parlarında, o cümlədən Şəhidlər xiyabanında və Təyyarə Abidə Kompleksinin ətrafında mütəmadi olaraq təmizlik işləri aparılır. Yaşıllıqların suvarılması, otların biçilməsi və digər işlər həyata keçirilir. Bundan əlavə, bələdiyyə tərəfindən mövsümə uyğun olaraq yaşıllıqlar salınır, dekorativ güllər əkilir. Həmçinin, Qazax Bələdiyyəsi təbii fəlakət zamanı sel suları nəticəsində parklara dəymiş ziyanın aradan qaldırılmasında yaxından iştirak edir. Bir sözlə, Qazax Bələdiyyəsinin gördüyü işlər şəhərin daha gözəl və abad olmasına xidmət edir.
Rayon sakinləri Qazaxda aparılan abadlıq-quruculuq işlərinə, yaradılan gözəlliklərə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və əziyyəti keçən insanlara minnətdarlıq edirlər.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan park
Xalq şairi Səməd Vurğunun adını daşıyan park
Fəxri Qazaxlılar parkı
Şəhidlər xiyabanı
Facebook-da paylaş