• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda bir və ikimərtəbəli binaların dam örtüyü yenilənib


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın şəhər və rayonlarında da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Təqdirəlayiq haldır ki, Qazax rayonu da gündən-günə abadlaşan bölgələrimiz sırasında dayanır. Ölkə başçısının tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda həyata keçirilən abadlıq işlərinin geniş miqyas alması dediklərimizin əyani sübutudur. Elə ilk gündən çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilərin abadlaşdırılması, işlərin başa çatdırıldığı prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir.

Ölkəmizdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 140-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun MİS-in balansında olan və dam örtüyü yenilənəcək şəhərin Heydər Əliyev prospekti 81 ünvanında yerləşən ikimərtəbəli, 74, 89, Vaqif küçəsi 5, Azadlıq küçəsi 99, Ş.Xiyabanı 15,29 ünvanlarında yerləşən birmərtəbəli yaşayış binalarına baxış keçirməsi barədə məlumat vermişdik. Görülməsi nəzərdə tutulan işlər yerində müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdi.  

Artıq Heydər Əliyev prospekti 81 və Ş.Xiyabanı 29 ünvanında yerləşən binaların dam örtükləri yenilənib. Heydər Əliyev prospekti 89 ünvanında yerləşən binada isə işlər davam edir. 

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işləri razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospekti 81


Şəhidlər Xiyabanı 29

Heydər Əliyev prospekti 89

GOYEZEN.AZ



Facebook-da paylaş