Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət
siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda daim diqqət mərkəzində
saxlanılır. Son 3 ildə rayon rəhbərliyi tərəfindən vətəndaşların ərizə və
müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar
görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması
bunun bariz nümunəsidir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk
gündən kəndlərdə keçirdiyi səyyar görüşlər də məhz sakinləri narahat edən məsələlərin
öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən
hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret
tapşırıqlar verməsi bunu hər zaman sübut edir. Qazaxbəyli kəndində keçirilən səyyar görüşdə səsləndirilən məsələlərin həll olunması da bu
dediklərimizin əyani sübutudur. Səyyar görüş zamanı sakinlər kənd qəbiristanlığının
üst tərəfindən keçən "Qanırma” arxının məcrasının lil və kol-kosdan təmizlənməsi
və kəndin içərisindən keçən su arxına su ayırıcı qapının qoyulması barədə
müraciət etmişdilər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qaldırılan məsələlərin həlli
istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi
bir daha onu sübut etdi ki, Qazaxda vətəndaş amili hər zaman ön planda olub və
bundan sonra da olacaq. Çünki artıq səyyar görüşdə qaldırılan hər iki məsələ öz
müsbət həllini tapıb. Həm "Qanırma” arxının məcrası lil və kol-kosdan təmizlənib,
həm də kəndin içərisindən keçən su arxına su ayırıcı qapı qoyulub. Bu gün bütün sahələrdə
həyata keçirilən əməli işlər bir daha göstərir ki, ölkə başçısının siyasətinin
əsasını təşkil edən vətəndaş amili Qazaxda hər zaman ön planda tutulur. Sakinlər
tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır və müsbət
həllini tapır.
GOYEZEN.AZ
Facebook-da paylaş