Qazaxda Novruz bayramı münasibətilə Vətən müharibəsinin yaralıları ziyarət olunub
27
sentyabrdan başlayan Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində, haqq
savaşında Azərbaycan Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Ordumuz 44 gün ərzində hərb tariximizin yeni salnaməsini yazdı. Biz bu müharibəni
şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti,
xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandıq. Ən əsası da
bütün dünyaya bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə
bilməz. Ali Baş Komandanın da söylədiyi kimi: "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!”. Bizlərə böyük tarixi Qələbəni bəxş edən, torpaqlarımız
uğrunda canlarından keçən şəhidlərimizə, onların ailələrinə, Vətən üçün
sağlamlıqlarını itirən yaralı qazilərimizə qayğı göstərmək, diqqət ayırmaq hər
birimizin borcudur. Fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə,
qazilərə qayğı ilə yanaşan rayon rəhbərliyi həmin qayğını bu gün də davam
etdirir. Novruz bayramı münasibətilə Vətən müharibəsinin
iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimiz də diqqətdən kənarda
qalmayıb. Ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə
güclüyük!” çağırışını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları bayram
günlərində evlərində müalicə alan yaralılarımızı ziyarət edərək onlarla, ailə üzvləri
ilə görüşüb, müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar. Vətən
müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızla başda Ali Baş Komandan
olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu bir daha
bildiriblər. Yaralılarımız
və ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş