Əsas Səhifə > Şəhidlər > Qazaxda Novruz bayramı münasibətilə Vətən müharibəsinin yaralıları ziyarət olunub

Qazaxda Novruz bayramı münasibətilə Vətən müharibəsinin yaralıları ziyarət olunub


21-03-2021, 17:18


27 sentyabrdan başlayan Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində, haqq savaşında Azərbaycan Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində hərb tariximizin yeni salnaməsini yazdı. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandıq. Ən əsası da bütün dünyaya bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Ali Baş Komandanın da söylədiyi kimi: "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!”.

Bizlərə böyük tarixi Qələbəni bəxş edən, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, onların ailələrinə, Vətən üçün sağlamlıqlarını itirən yaralı qazilərimizə qayğı göstərmək, diqqət ayırmaq hər birimizin borcudur.

Fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, qazilərə qayğı ilə yanaşan rayon rəhbərliyi həmin qayğını bu gün də davam etdirir. Novruz bayramı münasibətilə Vətən müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimiz də diqqətdən kənarda qalmayıb.

Ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları bayram günlərində evlərində müalicə alan yaralılarımızı ziyarət edərək onlarla, ailə üzvləri ilə görüşüb, müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar.

Vətən müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızla başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu bir daha bildiriblər.

Yaralılarımız və ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.










GOYEZEN.AZ


Geri qayıt