Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Hər kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan qayğıları bütün sahələrdə real əksini tapır. Ən əsası isə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 229 nəfər vətəndaş qəbul edilib. Onlardan 96 nəfərin müraciəti müsbət həll olunub, 133 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 75 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 28 nəfərin istəyi müsbət həll edilib, 47 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 106 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 46 nəfərin istəyi müsbət həll edilib, 60 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş müraciət edib. Vətəndaşların işlə təmin olunma, ştat vahidinin artırılması ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına internet xəttinin çəkilməsi, rabitə naqilinin verilməsi, adından çıxarılmış telefon nömrəsinin bərpa olunması, telefon nömrəsinin başqasının adına keçirilməsi ilə bağlı 4 nəfər vətəndaş müraciət edib ki, onlardan 1-i müsbət həllini tapıb. 3 müraciət isə qanunamüvafiq qaydada cavablandırılıb.
"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın adına göndərilmiş aliment pulunun ödənişinin siyahısının verilməsi ilə bağlı müraciəti də müsbət həll olunub.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşdan 2 nəfərin su xətti, 1 nəfərin borcla bağlı məsələsi müsbət həll edilib, 1 nəfərin köhnə borcun silinməsi, 1 nəfərin texniki şərtlə bağlı istəyi isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin subsidiyanın köçməməsi, 1 nəfərin isə yazlıq qarğıdalı əkininin bəyanının verilməsi barədə müraciətləri dinlənilərək onlara qanunamüvafiq izahat verilib.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində 7 nəfər vətəndaş müayinə və xəstəlikə bağlı müraciət edib ki, istəkləri təmin olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 22 nəfər vətəndaş müraciət edib. Onlardan 8 nəfər xəstəliklə, 5 nəfər arayışla, 1 nəfər imtiyazlı qrupa aid dərmanlarla, 2 nəfər işə qəbulla, 4 nəfər əlilliyin təkrar təyini, 2 nəfər isə müxtəlif səpkili mövzuda müraciət etdiyini bildirib. 10 nəfərin müraciəti yerində həll edilib, 12 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsinə həftə ərzində işıq sərfiyyatına görə borcun araşdırılması ilə bağlı müraciət etmiş 2 nəfər vətəndaşa qanunamüvafiq izahat verilib.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş