İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib
Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının,
vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrin kökündə vətəndaş amili dayanır
ki, bu, dövlət siyasətinin əsasında duran əsas göstəricidir. Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili
Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk
gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və
qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən
görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların
yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş
məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət
və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış
müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını
yaxşı bilir. İyunun 7-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup
vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib. Qazax şəhər
sakinləri Qurbanov
Nemət Nazim oğlunun, Nəsibov Musa Ramiz oğlunun, Əhmədli Nurlanə Nazim qızının,
Aşağı Əskipara kənd sakini Qəhrəmanov Tural Möhübbət oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq
olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş