İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib
Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasında duran əsas göstəricidir.
Ölkə Prezidenti İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, vətəndaşlarla
bağlı verilən tapşırıq və tövsiyələr də bunun əyani sübutudur. Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili
Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk
gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və
qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən
görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların
yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş
məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət
və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış
müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını
yaxşı bilir.
Mayın 24-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup
vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib. İkinci Şıxlı kənd sakini Yusifova Kəmalə Cavanşir
qızının, Ürkməzli kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Musayev Nüsrət
Qulu oğlunun, Daş Salahlı kənd sakini İdrisov Bərşad Mehman oğlunun, Canalı kəndində
qeydiyyatda olub Abşeron rayonunda yaşayan Əzimova Afayat Məhəmməd qızının, Qazax
şəhər sakinləri İsgəndərova Təzəgül Əkbər qızının, Xəlilova Könül Xəlil
qızının, Nuruyev Rəşadət Oktay oğlunun, Qasımov Fəzail Qəzənfər oğlunun müraciətləri
dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə
cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə
saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif
olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Digər müxtəlif səpkili müraciətlər isə müvafiq olaraq
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş