Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib

İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib


24-05-2022, 17:27


Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasında duran əsas göstəricidir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr də bunun əyani sübutudur.

Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.   

 

Mayın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib. 

İkinci Şıxlı kənd sakini Yusifova Kəmalə Cavanşir qızının, Ürkməzli kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Musayev Nüsrət Qulu oğlunun, Daş Salahlı kənd sakini İdrisov Bərşad Mehman oğlunun, Canalı kəndində qeydiyyatda olub Abşeron rayonunda yaşayan Əzimova Afayat Məhəmməd qızının, Qazax şəhər sakinləri İsgəndərova Təzəgül Əkbər qızının, Xəlilova Könül Xəlil qızının, Nuruyev Rəşadət Oktay oğlunun, Qasımov Fəzail Qəzənfər oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Digər müxtəlif səpkili müraciətlər isə müvafiq olaraq cavablandırılıb.




 

GOYEZEN.AZ


Geri qayıt