Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaşlara göstərilən qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr hər bir dövlət məmuru üçün örnəkdir.
Dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaşların qəbulu həyata keçirilir.
Aprelin 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakini Camalova Afaq Sahib qızının, Ağköynək kənd sakinləri Kamalov Mansur Maqsud oğlunun, Məcidov Şirzad Afrəhim oğlunun, Həsənov Süleyman Yasin oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma, torpaq sahələrinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı müraciətləri müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş