• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə özünü aydın şəkildə göstərir. Və ən əsası da bu hər bir dövlət məmuru üçün örnəkdir.

Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

 

Mayın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.

Qazax şəhər sakinləri Əsgərov Malik Aydın oğlunun, Vəliyev Altay Oktay oğlunun, Məhərrəmov Məhərrəm Vladdim oğlunun, Əfəndiyev Elsevər Afiq oğlunun, Zeynalova Aytac Oktay qızının, Daş Salahlı kənd sakinləri Allahquluyev Kənan Eynur oğlunun, Quluyev Eynur Teymur olğunun müraciətləri dinlənilib. Vətəndaşların işlə, torpaq sahəsi, sığınacaqla təmin olunma, eləcə də digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş