Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən
dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaşlara
göstərilən qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr bu gün hər
bir dövlət məmuru üçün örnəkdir. Qazax rayonunda da vətəndaş amili hər zaman əsas
götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan
səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas
verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən
müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı
olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş
məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən
diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə
ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla
yanaşılacağını yaxşı bilir.
Mayın 4-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı
fərdi şəkildə qəbul edib. Çaylı kənd sakini Mirzəliyeva Rəsmiyyə Bəkir qızının, Xanlıqlar
kənd sakini Şahvələdova Gülnar Meydan qızının, Aşağı Salahlı kənd sakini Balayeva
Asimə Hüseyn qızının müraciətləri dinlənilib. Vətəndaşların iş və torpaq sahəsi ilə təmin olunma, eləcə də digər
müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş