Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib4-05-2022, 20:12 |
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaşlara göstərilən qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr bu gün hər bir dövlət məmuru üçün örnəkdir. Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Mayın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib. Çaylı kənd sakini Mirzəliyeva Rəsmiyyə Bəkir qızının, Xanlıqlar kənd sakini Şahvələdova Gülnar Meydan qızının, Aşağı Salahlı kənd sakini Balayeva Asimə Hüseyn qızının müraciətləri dinlənilib. Vətəndaşların iş və torpaq sahəsi ilə təmin olunma, eləcə də digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |