• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı müraciətinə əsasən fərdi şəkildə görüşmək istəyən bir qrup vətəndaşı qəbul edib


Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərində daim vətəndaş amilini əsas götürmələri, vətəndaşlara göstərdikləri qayğı, onlarla bağlı verilən tapşırıq və tövsiyələr dövlət siyasətinin ana xəttini təşkil edir. Ən əsası isə bu, hər bir dövlət məmuru üçün örnəkdir.  

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.       


İyunun 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Qazax şəhər sakini Heydərov Azər Nəsimi oğlunun, Fərəhli kənd sakini Kərimova Ayişə Azər qızının müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş