“DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri – YENİLƏNİB
Respublika
Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur.
Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili
məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti
yaradılmışdır.
Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.
İctimai işlərə
cəlb olunan vətəndaşlar Qazax rayon Məşğulluq Mərkəzində işaxtaran və ya
işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilir.
Məlumat üçün bildiririk ki, Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC
tərəfindən 420 yeni iş yeri açılmışdır. Hazırda 406 nəfər işlə təmin
olunmuşdur. Əmək haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək
müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək
rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir.
Bundan əlavə, SOCAR şirkəti tərəfindən 90 boş (vakansiya) iş yerləri rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin vakansiyalar üzrə mərkəz tərəfindən 90 nəfər işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir. Mərkəzə Qazax Elektrik Şəbəkəsi tərəfindən isə 55 boş iş yeri təqdim edilmişdir. Bu müəssisə üzrə də 45 nəfər işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir.
Maraqlanan
vətəndaşlar Qazax rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.
Əlaqə telefonu: (022) 295 - 12 - 53
GOYEZEN.AZ
Facebook-da paylaş