Əsas Səhifə > Rəsmi > “DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri

“DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri


25-04-2019, 19:35


Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur.
Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax rayon Məşğulluq Mərkəzində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilir.
Məlumat üçün bildiririk ki, Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 yeni iş yeri açılmışdır. Hazırda 406 nəfər işlə təmin olunmuşdur. Əmək haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır 
və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir.

Bundan əlavə, SOCAR şirkəti tərəfindən 90 boş (vakansiya) iş yerləri rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin vakansiyalar üzrə mərkəz tərəfindən 90 nəfər işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir. Mərkəzə Qazax Elektrik Şəbəkəsi tərəfindən isə 55 boş iş yeri təqdim edilmişdir. Bu müəssisə üzrə də 45 nəfər işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir. 

Maraqlanan vətəndaşlar Qazax rayon Məşğulluq  Mərkəzinə müraciət edə bilərlər.
Əlaqə telefonu: (022) 295 - 12 - 53

GOYEZEN.AZ


Geri qayıt