“DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri - YENİLƏNİB
Respublika Prezidenti İlham Əliyevin sosial
təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı
ödənilən ictimai işlər təşkil olunmuşdur. Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə
heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu
işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji
sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə
qulluq və s. daxildir.
İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax rayon Məşğulluq
Mərkəzində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından
müəyyən edilir. Bundan əlavə, SOCAR şirkəti tərəfindən 90 boş
(vakansiya) iş yerləri rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin
vakansiyalar üzrə mərkəz tərəfindən 90 nəfər işsiz və işaxtaran
vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir. Mərkəzə Qazax Elektrik
Şəbəkəsi tərəfindən isə 55 boş iş yeri təqdim edilmişdir.
Maraqlanan vətəndaşlar
Qazax rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərlər. GOYEZEN.AZ
Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı
və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Məlumat üçün bildiririk ki, Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən
420 yeni iş yeri açılmışdır. Hazırda 413 nəfər işlə təmin olunmuşdur. Əmək
haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək
rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir.
Əlaqə telefonu: (022) 295 - 12 - 53
Facebook-da paylaş