• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda istehsal olunan mebellərin sorağı uzaq ölkələrdən gəlir

Respublika mətbuatı Qazax haqqında


Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması və regionlarda məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır. İnamla demək olar ki, bu addımların konkret nəticələri də var.
Qazaxdakı "Saloğlu" mebel fabrikinin istehsal etdiyi mebellərə tələbat həm ölkənin daxilində, həm də xaricdə ildən-ilə artır. Bunun əsas səbəblərindən biri, təbii ki, istehsal olunan məhsulların keyfiyyətinə görə dünya standartlarına cavab verməsidir.
2000-ci ildən fəaliyyət göstərən fabrik qərb bölgəsinin ən böyük rəqabətqabiliyyətli müəssisələrindən biridir. Bu gün "Saloğlu" 22 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarlarda da "Made in Azerbaijan" brendini layiqincə təmsil edir. Bu baxımdan Prezident İlham Əliyevin 2004 və 2016-cı illərdə fabrikdə olması, onun fəaliyyəti ilə maraqlanması təsadüfi deyil.
Müəssisə ötən dövrdə istehsal sahələrini genişləndirmiş, nəticədə 2500-ə yaxın yeni iş yeri açmışdır. 2016-cı ildə isə "Venzana" layihəsi çərçivəsində Prezident İlham Əliyevin təməlini qoyduğu fabrikin tikinti işləri uğurla başa çatdırılmışdır. Qeyd edək ki, "Venzana" təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil, eyni zamanda bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. 

S.ƏLİYEV,
"Azərbaycan"
 qəzetinin bölgə müxbiri

1 dekabr 2022-ci il, səhifə 10




Facebook-da paylaş