Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində abidəsi və adını daşıyan mərkəz bu gün də ziyarət edilib
12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günüdür. Azərbycanın böyük oğlu, millət atası Ulu Öndər Heydər Əliyevin vəfatından 20 il ötməsinə baxmayaraq dahi şəxsiyyətin xatirəsi hər zaman böyük hörmət və ehtiramla yad edilir.
Ulu Öndər Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yaratmış fenomen şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən liderdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Hər il olduğu kimi, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərə hörmət və ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzərək, görkəmli dövlət xadiminin əziz xatirəsini ehtiramla yad edirlər.
Dekabrın 5-də Qazax “Melioservis” İdarəsi, Magistral Qaz Kəmərləri İdarəsi, Qazax RİH başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin direktor və müəllimləri Ulu Öndərin xatirəsinə hörmət əlaməti olaraq abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin mənalı həyatından və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib, Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sərgiyə və filmə baxış keçiriblər.
Ziyarətlərdə ictimaiyyət nümayəndələri tərəfindən daim səslənən ümumi bir fikir var. Bu gün müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Facebook-da paylaş