Ulu Öndərin həyat və fəaliyyəti ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmətə həsr olunmuşdur
Ulu Öndərin həyat və fəaliyyəti ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmətə həsr olunmuşdur. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra "Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!" deməklə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində müstəsna xidmət göstərmişdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah olundu və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər xalqımız üçün sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəridir. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır. Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Yeni güclə, yeni enerji ilə siyası mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışan uğursuz siyasətçilər. Siyasi mübarizəsində də, diplomatiyasında da, idarəetmə təcrübəsində də geniş mənada tarixə - yaddaşa, mentalitetə, tarixi keçmişə, mənəviyyat tarixinə Heydər Əlirza oğlu qədər müdrikcəsinə istinad edən ikinci şəxsiyyəti nümunə göstərmək çətindir. Tarix onun üçün heç vaxt yaşanmış keçmiş qürrə, fəxr mənbəyi olmayıb, tarix bütün hallarda onun üçün gələcəyin məktəbi olubdur. Tarixi kifayət qədər peşəkarcasına bilməsi sayəsində Heydər Əlirza oğlu tarixi yaşadan şəxsiyyətlər arasından çıxaraq, tarixi yaradan şəxsiyyətlər sırasına daxil olub. Tarix yaradan şəxsiyyətlər isə xalqı tərəfindən daim hörmət və böyük ehtiramla xatırlanır, yad edilir. Ulu Öndər Heydər Əliyevin Qazax və qazaxlıların tarixi yaddaşında silinməz izləri, qəlblərində əbədi nuru vardır. Bu gün rayon ictimaiyyəti böyük sevinc və coşqu ilə öz dahi şəxsiyyəti Heydər Əliyevin 100 illik yubileyini silsilə bayram tədbirləri ilə qeyd edir, Ulu Öndərin abidəsi ziyarət olunur, adını daşıyan muzeydə dahi insanın həyatı və siyasi fəaliyyəti xatırlanır, filmlər və sərgilərə baxış keçirilir.
Mayın 8-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin, “Azərpoçt” MMC-nin Qazax Poçt Filialının, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Qazax Şöbəsinin, Qazax Elektrik Şəbəkəsinin, “Azərsu” ASC-nin 8 saylı Regional SuKanal İdarəsinin, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbər və əməkdaşları, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin, Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Qazax Rayon Bala Çaylı kənd Kitabxanasının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində abidəsini ziyarət edərək dünyaşöhrətli siyasi liderin adını daşıyan Muzeydə silsilə tədbirlərdə iştirak ediblər.
Facebook-da paylaş