• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir


Xalqın dərin etimadı ilə Azərbaycana rəhbərliyi dövründə ümummilli maraqlara xidmət edən və prinsiplərə söykənən fəaliyyəti ilə ölkənin, xalqın milli həmrəyliyini, bütövlüyünü və inkişafını təmin edərək xalqın “Millət atası”na çevrilən dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə əbədi işıq yandırıb. Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövründə Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən missiyası ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimadından sonra qısa müddət ərzində nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi, idarəetmə sistemi formalaşdırıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyuldu. Respublikamızın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi. Azərbaycanın qarşısında aydın perspektivlər açıldı. Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri tükənməz bir sərvətdir. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu.  Bu gün  müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. İndi Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələri uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bütün bu sadalanan və sadalanmayan nailiyyətlər tariximizin səhifələrinə Heydər Əliyevin imzası ilə qızıl hərflərlə yazılıb. 

Bu il  ölkəmizdə xalqımızın tarixində xilaskar kimi adını qızıl hərflərlə yazdıran və xalqın iftixarına çevrilən dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi qeyd edilir. Bu münasibətlə həm də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Qədirbilən xalqımız dahi insanın 100 illik yubileyini böyük hörmətlə, ehtiramla qeyd edir, bu istiqamətdə ölkənin hər yerində silsilə tədbirlər həyata keçirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin şərəfinə keçirilən silsilə ziyarətlər, tədbirlər bu gün də davam etdirilib. Rayon ictimaiyyəti, təhsil müəssisələri, idarə və  təşkilatlar yüksək qürur hissi ilə Ulu Öndərin adını daşıyan parka gəlir, tər çiçək dəstələri ilə abidəni ziyarət edir, Muzeyə daxil olaraq dahi insanın həyatının və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən sərgilərlə tanış olur, filmlərə baxır və mühazirələr dinləyirlər.

Mayın 3-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının, Qazax Mənzil İstismar Sahəsinin, Qazax Kommunal Müəssisələri Kombinatının, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmiş Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Muzeydə Heydər Əliyev irsinin hər bir anı ilə yaxından tanış olublar.





Facebook-da paylaş