“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin abidəsi və adını daşıyan mərkəz bu gün də ziyarət olunub
Bu il ölkəmizdə xalqımızın tarixində xilaskar kimi adını qızıl hərflərlə yazdıran və xalqın iftixarına çevrilən dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi qeyd edilir. Bu münasibətlə həm də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.
Azərbaycan vətəndaşları, ümumilikdə, dünya azərbaycanlıları, bütün türk dünyası öz böyük oğlunun, Azərbaycanın yaradıcısı və qurucusu, XX əsr tariximizin ən böyük tarixi şəxsiyyəti olan Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edir. Dahi rəhbərin 100 illik yubileyini yüksək şərəf və qürurla qeyd edirlər.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu tədbirlər silsilə şəkildə ardıcıl olaraq keçirilməkdədir. Hər il olduğu kimi, Qazax Rayon Heydər Əliyev Mərkəzinin xüsusi Tədbirlər Planına əsasən 26 aprel-10 may tarixlərində Mərkəzdə rayonun ictimai, mədəni, təhsil, səhiyyə təşkilatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, kollektivlərin Muzeyi ziyarəti təşkil edilir, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin hər bir anı haqqında geniş məlumatlar verilir, ziyarətçilərin dahi insan haqqında fikirləri, xoş sözləri dinlənilir. Bundan əlavə, Heydər Əliyevin adını daşıyan Parkda Qazax Rayon Heydər Əliyev Mərkəzinin kitabxanası tərəfindən “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!” başlıqlı kitab və jurnallardan ibarət sərgi təşkil edilir.
Mayın 2-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsinin, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim heyəti və tələbələr, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktor və müəllimləri, Qazax şəhər 6 nomrəli Körpələr Evi-Uşaq bağçasının əməkdaşları, körpə fidanlar həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək olan, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq yolunda sağlamlığını belə əsirgəməyən ən böyük azərbaycanlının əziz xatirəsini yad etmək üçün Ulu Öndərin abidəsini ziyarət ediblər. Muzeydə Heydər Əliyev irsinin hər bir anı ilə yaxından tanış olublar.
Facebook-da paylaş