• Təqvim

  • Maraq



“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin abidəsi və adını daşıyan mərkəz ziyarət olunub


2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” böyük məsuliyyət və şərəfli bir fəaliyyət ili deməkdir. 

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan üçüncü minilliyə inamla qədəm qoydu. Dahi siyasətçinin öz dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri hər  zaman qədirbilən xalqımızın gözü önündədir. Bu ilin “Heydər Əliyev İli” elan edilməsi isə əsrin ən qüdrətli Azərbaycanlısı - Heydər Əliyevin mənalı ömür yolunun, heyrətamiz siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinə, təbliğ edilməsinə geniş imkanlar yaradacaq. 

“Heydər Əliyev İli” Azərbaycan adlı şah əsərin müəllifi, xalqımızın böyük oğlu Heydər Əliyevə həsr edilmiş möhtəşəm tədbirlərin keçirildiyi bir ildir. Qazax Rayon Heydər Əliyev Mərkəzi hər il olduğu kimi, bu il də xüsusi Tədbirlər Planı əsasında Ulu Öndərin həyat və siyasi fəaliyyətinin təbliği istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlamışdır. Artıq 2023-cü ilin başlanğıcından Qazax Rayon Heydər Əliyev Mərkəzində intellektual yarışlar və müsabiqələr də daxil olmaqla, bir çox tədbirlər təşkil edilmiş, tədbirlərdə Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, Azərbaycançılıq ideologiyasının təbliği əsas yer tutmuşdur.

Qazax Rayon Heydər Əliyev Mərkəzi hər il olduğu kimi, bu il də rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar, rayon ictimaiyyəti və sadə vətəndaşlar üçün müqəddəs məkana çevrilib, hər kəs böyük hörmət və ehiramla öz dahi xilaskarını yad etmək, Ona olan hörmət və izzətini izhar etmək üçün tər çiçək dəstələri ilə abidəni ziyarət edir və Muzeydə Ulu Öndər həyat kitabının səhifələri ilə yaxından tanış olurlar. 

Mayın 1-də Qazax Rayon Suvarma Sistemləri İdarəsinin, Qazax Rayon Statistika İdarəsinin, V.Süleymanov adına Qazax Peşə Liseyin, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Ulu Öndərin abidəsini və adını daşıyan Mərkəzi ziyarət ediblər. 

Ziyarətçilərə müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumatlar verilib. Ziyarətçilər dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitab sərgisi ilə tanış olublar.



Facebook-da paylaş