• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində dahi rəhbərin abidəsi və adını daşıyan mərkəz ziyarət olunub


Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar elan edilmiş “Heydər Əliyev İli” Heydər Əliyev Mərkəzi qarşısında böyük məsuliyyət və şərəfli bir fəaliyyət ilidir. 

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan üçüncü minilliyə inamla qədəm qoydu. Dahi siyasətçinin öz dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri hər   zaman qədirbilən xalqımızın gözü önündədir. Bu ilin “Heydər Əliyev İli” elan edilməsi isə əsrin ən qüdrətli Azərbaycanlısı - Heydər Əliyevin mənalı ömür yolunun, heyrətamiz siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinə, təbliğ edilməsinə geniş imkanlar yaradacaq. Çünki Onun fəal diplomatiyası, ideya-siyasi irsi o qədər zəngindir ki, gələcək yüzilliklərdə xalqımızın, dövlətimizin yoluna işıq salacaq, istiqamət verəcəkdir. İllər keçsə də, əsrlər dəyişsə də bir fakt faktlığında qalacaq - bu gün və sabah ölkəmiz Heydər Əliyev siyasətinin uğurları ilə daha da inkişaf edəcək, yeni zirvələr fəth edəcək. Heydər Əliyev siyasəti bizim milli sərvətimiz, xəzinəmizdir.

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsi haqqında müvafiq Sərəncamı Azərbaycan adlı şah əsərin müəllifi, xalqımızın böyük oğlu Heydər Əliyevə həsr edilmiş möhtəşəm tədbirlərin keçirilməsinə böyük imkanlar yaradacaq mühüm dövlət sənədidir. Bu mənada Qazax Rayon Heydər Əliyev Mərkəzi hər il olduğu kimi, bu il də xüsusi Tədbirlər Planı əsasında Ulu Öndərin həyat və siyasi fəaliyyətinin təbliği istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlamışdır. Artıq 2023-cü ilin başlanğıcından Qazax Rayon Heydər Əliyev Mərkəzində intellektual yarışlar və müsabiqələr də daxil olmaqla, bir çox tədbirlər təşkil edilmiş, tədbirlərdə Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, Azərbaycançılıq ideologiyasının təbliği əsas yer tutmuşdur.

Qazax Rayon Heydər Əliyev Mərkəzi hər il olduğu kimi, bu il də rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar, rayon ictimaiyyəti və sadə vətəndaşlar üçün müqəddəs məkana çevrilib, hər kəs böyük hörmət və ehiramla öz dahi xilaskarını yad etmək, Ona olan hörmət və izzətini izhar etmək üçün tər çiçək dəstələri ilə abidəni ziyarət edir və Muzeydə Ulu Öndər həyat kitabının səhifələri ilə yaxından tanış olurlar. 

Aprelin 26-da Qazax Rayon Məhkəməsi, Qazax Rayon İcra və Probasiya Şöbəsi, Qazax Rayon Qeydiyyat Şöbəsinin rəhbər və əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin bir qrup müəllim və tələbələri, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin müəllim və şagirdləri Ulu Öndərin xatirəsini ehtiramla yad etmək üçün Heydər Əliyevin abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər.   



Facebook-da paylaş