• Təqvim

  • Maraq



“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı növbəti dərs keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına müvafiq olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir. 

“Heydər Əliyev İli” çərçivəsində növbəti dərs yanvarın 24-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub. 

Dərsdə məktəbin direktoru Rəna Qocayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Carçıyeva, Mərkəzin əməkdaşları iştirak ediblər. 

Bugünkü dərs “Çoxəsrlik tariximizin dövlətçilik salnaməsi” mövzusunda olub. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva müstəqil Azərbaycanı siyasi, iqtisadi, hüquqi, elmi əsaslarla yaradan, onun inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında məlumat verib. Ulu Öndərin  dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasətindən, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yönələn zəngin siyasi irsindən danışıb. Eyni zamanda mövzuya uyğun kitablar nümayiş etdirilib, xalqımızın böyük oğlunun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarla, sənədlərlə şagirdlər tanış edilib. 

Dərs müvəffəqiyyətlə həyata keçirilib. Dərsin sonunda mövzu ətrafında sual-cavab aparılıb. Şagirdlərdən Ülvi Əzizov, Əminə Əhmədova fəallıq nümayiş etdirərək  xüsusilə fərqləniblər.

 



Facebook-da paylaş