• Təqvim

  • Maraq



“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda növbəti tarix dərsi keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Yanvarın 17-də keçirilən növbəti dərsdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Akif İbrahimov və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. 


Bugünkü dərs “Əbədiyaşar şəxsiyyət” mövzusunda olub. Akif İbrahimov şagirdlərə ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyətindən, dövlətimizin müstəqilliyini möhkəmləndirmək istiqamətində Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyi, dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qalanda, məhz dahi şəxsiyyətin siyasi iradəsi və yüksək bacarığı sayəsində ölkəmiz xilas oldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə bütün sahələrdə əsl dönüş yarandığı, müstəqil dövlət quruculuğu prosesinin başlandığı və dövlətimizin əsasının sağlam, sarsılmaz təməllər üzərində qurulmasının həmin dövrlərdə qoyulduğu diqqətə çatdırılıb.

Dərsdə bütün şagirdlər - Aysu Yusifli, Rəhim Rəhimov, Xatun Əsgərova, Kərim Allahquliyev, Tamara Veyisova, Günel İdrisova, Əsmər Allahverdiyeva, Rəvan Veyisov, Ramilə Məmmədova, Nicat Abdullayev, Mustafa Əlvəndov, Emil Osmanov, Nicat Nəsibov, Ayxan Omarov sual-cavabda fəal iştirak edərək seçiliblər.

GOYEZEN.AZ



Facebook-da paylaş