Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” adlı dərslərin keçirilməsinə başlanılıb
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına müvafiq olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsinə başlanılıb.
İlk dərs Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Dərsdə Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin direktoru Vəfa Pirvəliyeva, direktor müavinləri Nuriyyə Nuriyeva, Yetər Lələyeva, Mərkəzin baş fond mühafizi Səidə Qocayeva, elmi işçi Afaq Mehdiyeva iştirak ediblər.
Bugünkü dərsin mövzusu “Heydər Əliyevin uşaqlıq illəri” olub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tərəfindən şagirdlərə hələ uşaqlıq illərindən qeyri-adi istedadı və bacarığı ilə seçilən Heydər Əliyevin hər cəhətdən digər uşaqlar arasında birinci olması, hamıdan yaxşı oxuması, bədii ədəbiyyatı, poeziyanı çox sevməsi, tarixi yaxşı bilməsi, incəsənətə maraq göstərməsi haqqında ətraflı məlumat verib. Heydər Əliyevin həmin dövrdə təhsillə yanaşı, həm də dərnəklərdə aktiv fəaliyyət nümayiş etdirməsi, rəssamlığa böyük maraq göstərməsindən bəhs edib.
Dərs müvəffəqiyyətlə həyata keçirilib. Dərsin sonunda mövzu ətrafında sual-cavab aparılıb və şagirdlər yüksək fəallıq nümayiş etdiriblər. Şagirdlərdən Nahid Osmanlı, Nihat Cahangirov, Cəsur İsmayılov, Aysu Nəbiyeva, Aydın Şəfizadə, Tusi Vəlizadə xüsusilə fərqləniblər.
Facebook-da paylaş