“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda növbəti tarix dərsi keçirilib
Qazax Rayon Heydər Əliyev Mərkəzində Dahi xilaskar, hakimiyyət ustadı, xalqını və millətini dərin məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Dekabrın 20-də keçirilən növbəti dərsdə Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva, Azərbaycan dili və ədəbiyat müəllimi Səyalı Əliyeva və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərsin mövzusu “Heydər Əliyevin siyasi irsi xalqımızın milli mənəvi sərvətidir” olub. Şagirdlərə Ümummilli Liderin daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət verməsi, onun ideyaları, zəngin dövlətçilik irsinin bütün dövrlərdə həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, parlaq gələcəyini təmin edən dəyərlər olduğu haqqında geniş məlumat verilib.
Dərsdə şagirdlərdən Aysu Vəliyeva, Polad Vəliyev, Nuray Qurbanlı, Nuray Nəbiyeva, Nihat Mahmudov, Sədaqət Umudova, Ayxan Bayramov, İbrahim Xəlilov, Nihan Qədirli, Əsma Mahmudova, Nicat Abdalov sual-cavabda fəal iştirak edərək seçiliblər.
Facebook-da paylaş