• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin və Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin misilsiz xidmətlərinin  təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Dekabrın 6-da keçirilən növbəti dərsdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi Gülarə Musavi və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Bugünkü dərsin mövzusu “Müstəqilliyimizin xilaskarı. (1991-2003)” olub. Şagirdlərə çoxəsrlik ənənələrə malik Azərbaycan dövlətçiliyi, müstəqilliyimizin bərpası, səriştəsiz rəhbərlik üzündən itirilmə təhlüksi ilə üz-üzə qalması və dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası haqqında, hakimiyyətinin ilk illərində ölkədə bərqərar etdiyi sabitlik, banisi olduğu neft strategiyası, sosial islahatlar, ordu quruculuğu və s. haqqında  geniş məlumat verilib.  

Dərsdə şagirdlərdən Sevgi Kosayeva, Türkan Abdullayeva, Arzu Yusifova, Aidə Qurbanova, Cəsur İsmayılov sual-cavabda fəal iştirak edərək seçiliblər.

GOYEZEN.AZ



Facebook-da paylaş