• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda növbəti tarix dərsi keçirilib


2022-2023-cü tədris ili ərzində Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir. 

Dekabrın 2-də keçirilən növbəti dərsdə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nuridə Məmmədova və yuxarı sinif şagirdləri iştirak ediblər. 

"Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu” mövzusunda keçirilən dərsdə  Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə hüquqi və demokratik dövlət quruculuğu ilə bağlı tarixi xidmətlərindən bəhs edilib. Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. 

Dərsdə şagirdlərdən Qönçə Xəlilova, Aysu Xasməmmədova, Selcan Qaragözova, Fidan Məmmədova fəal iştirak ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş