20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Milli azadlıq istəyinin oyanış günü” adlı tədbir keçirilib
Yanvarın 19-da Qazax
Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr
olunmuş "Milli azadlıq istəyinin oyanış günü” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax şəhər
Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də
iştirak ediblər. Əvvəlcə Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlər 20
Yanvar hadisələrinə həsr olunmuş film izləyiblər. Mərkəzin direktoru
Ceyhunə Hüseynova çıxış edərək 1990-cı ilin Yanvar hadisələri haqqında şagirdlərə
ətraflı məlumat verib. C.Hüseynova bildirib ki, 20 Yanvar faciəsi xalqımıza
qarşı törədilmiş bəşəri cinayətdir. Eyni zamanda xalqımızın qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə
hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, həm
ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın
apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk
olunmuş bir tarixdir. 20 Yanvar hadisələri
ilə əlaqədar ilk rəsmi etiraz məhz Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət
Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Hər zaman xalqının,
millətinin xilaskarı missiyasını məsuliyyətlə, şərəflə üzərinə götürdüyü kimi,
bu hadisədə də Heydər Əlirza oğlu Əliyev xalqının yanında oldu. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu
əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına
gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın
21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev
qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Cəsarətli bəyanat verərək əliyalın
xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi
ifşa etdi. Sonra şagirdlərdən
Əli Əliyev, Samir Qaragözöv, Nəhayət Cahangirova, Sinan Abdullayev, Fatimə Mehdiyeva,
Qənirə Əsgərova, Məleykə Şükürova, Gülnar Orucova, Murad Alıyev, Nurgün Sadıqov,
Nəsib Əfəndizadə 20 Yanvar hadisələrinə
həsr edilmiş şeirlər söyləyib, bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirin sonunda rəmzi
olaraq şagirdlər qərənfillərlə şəhidlərin xatirəsini yad ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş