Əsas Səhifə > Mədəniyyət > 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Milli azadlıq istəyinin oyanış günü” adlı tədbir keçirilib

20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Milli azadlıq istəyinin oyanış günü” adlı tədbir keçirilib


19-01-2022, 17:10


Yanvarın 19-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Milli azadlıq istəyinin oyanış günü” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş film izləyiblər.






Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək 1990-cı ilin Yanvar hadisələri haqqında şagirdlərə ətraflı məlumat verib. C.Hüseynova bildirib ki, 20 Yanvar faciəsi xalqımıza qarşı törədilmiş bəşəri cinayətdir. Eyni zamanda xalqımızın qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsi  ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuş bir tarixdir. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz məhz Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Hər zaman xalqının, millətinin xilaskarı missiyasını məsuliyyətlə, şərəflə üzərinə götürdüyü kimi, bu hadisədə də Heydər Əlirza oğlu Əliyev xalqının yanında oldu. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Sonra şagirdlərdən Əli Əliyev, Samir Qaragözöv, Nəhayət Cahangirova, Sinan Abdullayev, Fatimə Mehdiyeva, Qənirə Əsgərova, Məleykə Şükürova, Gülnar Orucova, Murad Alıyev, Nurgün Sadıqov, Nəsib Əfəndizadə  20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirin sonunda rəmzi olaraq şagirdlər qərənfillərlə şəhidlərin xatirəsini yad ediblər.




 

GOYEZEN.AZ


Geri qayıt