• Təqvim

  • Unutma

  • Maraq



Dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir

Azərbaycan xalqının Ümummilli Lideri, zəmanəmizin dünya şöhrətli dövlət və siyasi xadimi, milli müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı Heydər Əliyevin vəfatından16 il ötür. Dövlətimizin müstəqilliyi və xalqımızın azadlığı uğrunda etdiyi fədakarlıqları ilə qəlblərdə əbədilik qazanmış dahi şəxsiyyətin xatirəsini qədirbilən xalqımız bu gün də böyük hörmət və məhəbbətlə yad edir. Hər il olduğu kimi bu il də Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım gününə həsr olunmuş "Açıq qapı” günləri elan olunub və rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Dekabrın 2-dən başlanan "Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir. 

Bugünkü "Açıq qapı” günündə Qazax Müalicə Diaqnostika Mərkəzinin, Rayon Mənzil İstismar Sahəsinin, Bələdiyyəsinin, Poçtamtının kollektivləri, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri müstəqilliyimizin qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını əks etdirən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.

















GOYEZEN.AZ



Facebook-da paylaş