• Təqvim

  • Unutma

  • Maraq



Dahi şəxsiyyətin anım günü ilə əlaqədar “Açıq qapı” günləri davam edir


Azərbaycan xalqının böyük oğlu, Vətənə və xalqa hədsiz məhəbbəti ilə seçilən, siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir. Adı tarixin yaddaşına böyük hərflərlə yazılmış dahi şəxsiyyətin xatirəsini qədirbilən xalqımız bu gün də böyük hörmət və məhəbbətlə yad edir. Hər il olduğu kimi bu il də Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım günü ilə əlaqədar "Açıq qapı” günləri elan olunub və rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Dekabrın 2-dən start verilən "Açıq qapı” günlərinin təşkil edilməsində isə əsas məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olacaq həyatına və siyasi fəaliyyətinə nəzər salmaq, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

Bugünkü "Açıq qapı” günündə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və 28 nömrəli Yol-İstismar İdarəsinin kollektivləri, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri müstəqilliyimizin qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət edib və Muzeylə tanış olublar. Həmçinin Muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Eyni zamanda Muzeydə Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.














GOYEZEN.AZ


 



Facebook-da paylaş