"Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev"
Xəbər verdiyimiz
kimi, artıq 6-cı gündür ki, ulu
öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax
rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günləri keçirilir. Rayonun
bütün idarə, müəssisə və təşkilat kollektivlərinin, təhsil, mədəniyyət, səhiyyə
sahəsində çalışan işçilərin, rayon məktəblilərinin, ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi "Açıq qapı” günlərində dahi şəxsiyyətin əziz xatirəsi böyük
ehtiramla anılır. Dekabrın 3-dən etibarən ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan
parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, sonra muzeyin qarşısında
Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və
siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət
"Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə
tanış olurlar. Bundan əlavə, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və
filmlərə baxırlar. Dinlənilən mühazirələrdə qeyd olunur ki, Heydər
Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını,
sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin
həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər.
Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının
səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. Bildirilib ki, ulu öndərin müstəqil Azərbaycan
dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki
mərhələyə ayırmaq olar: 1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması,
möhkəmlənməsi; 2. Müstəqil Azərbaycanın inkişaf dövrü. Mərkəzi ziyarət edənlərə çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil
olunmasında əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq,
dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir. "Açıq
qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax rayon Maliyyə İdarəsinin,
Qazax Müalicə Diaqnostika Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialının, Qazax Peşə liseyinin, Əmlak
Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi şöbəsinin kollektivləri və "N” saylı
hərbi hissənin əsgərləri olub. Ümumilikdə 200-ə yaxın adam ulu öndərin
abidəsini ziyarət edərək əziz xatirəsini anıb. Onu da
qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş